AZ

Mbappe Ronaldonun 11 il əvvəl Real Madriddəki uğurlarını təkrarlayıb

Hücumçu Mbappe Ronaldonun 11 ildən sonra Real Madriddəki nadir nailiyyətin təkrar edib.

İspaniya çempionatının IX turunda "Real Madrid" "Xetafe"ni 1:0 hesabı ilə məğlub edib. Mbappe matçda yeganə qolu 80-ci dəqiqədə vurub. Bu onun cari İspaniya çempionatında vurduğu onuncu qol olub. O, həm də iki məhsuldar ötürmə edib

Fransız futbolçu 2014/15 mövsümündən sonra La Liqanın ilk doqquz oyununda on və ya daha çox qol vuran ilk Real Madrid oyunçusu oldu. Ronaldo həmin mövsümün eyni dövründə 17 dəfə fərqlənib.

Mbappenin "Real Madrid"lə müqaviləsi iyunun 3-də rəsmən açıqlanıb. Hücumçu İspaniya nəhənginə azad agent kimi qoşulub. Əvvəllər o, 2017-ci ildən çıxış etdiyi Fransanın PSJ klubunda top qovub.

Ötən mövsüm Mbappe İspaniya çempionatında 31 qol vuraraq "Qızıl buts"u qazanıb. Bütün yarışlarda fransalı 39 dəfə qol vuraraq debüt mövsümündə rekord müəyyən edib. Bundan əvvəlki rekordçu 1992/93 mövsümündə 37 dəfə fərqlənən çilili hücumçu İvan Zamorano idi.

Əziz MUSTAFA

Seçilən
28
1
oxumeni.az

2Mənbələr