AZ

Əli Əsədov: "Azərbaycan və Gürcüstanının dostluğu..."

Azərbaycan və Gürcüstanının dostluğu regionda sabitliyin və inkişafın mühüm dayaqlarından biridir.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov 5-ci Tbilisi İpək yolu forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, cəmi bir neçə il ərzində bu forum regional və qlobal gündəlikdə yer alan mühüm məsələlərin müzakirəsi üçün nüfuzlu və səmərəli beynəlxalq platforma kimi formalaşaraq özünü tam şəkildə təsdiq edib.

Ə.Əsədov bildirib ki, qlobal miqyasda müşahidə olunan son proseslər, xüsusilə də iqtisadi əməkdaşlıq və nəqliyyat sahəsindəki çağırışlar forumun aktuallığını və önəmini daha qabarıq şəkildə göstərir.

O qeyd edib ki, Şərqlə Qərbi birləşdirən strateji nəqliyyat marşrutu – Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan və Gürcüstan əsrlər boyu Avropa ilə Asiya arasında körpü rolunu oynayaraq ticari-iqtisadi əlaqələrin inkişafına, mədəni və humanitar mübadilənin möhkəmlənməsinə mühüm töhfələr veriblər.

Seçilən
53
publika.az

1Mənbələr