AZ

Xartum Beynəlxalq Hava Limanı ikinci dəfə hücuma məruz qalıb

Sudanın Xartum Beynəlxalq Hava Limanını hədəfə alan daha bir dron hücumu baş verib.

APA xəbər verir ki, bu barədə anonim Sudan hərbi rəsmisi “AFP”ə məlumat verib.

Mənbənin bildirdiyinə görə, hücum “Çevik Dəstək Qüvvələri” adlı paramilitar qruplaşma tərəfindən həyata keçirilib və havadan müdafiə sistemləri dronları zərərsizləşdirməyə nail olub.

Qeyd edək ki, dünən də sözügedən hava limanı dron hücumları ilə hədəfə alınmışdı.

Aeroport iki illik fasilədən sonra bu gün yenidən açılmalı idi.

Seçilən
91
2
apa.az

3Mənbələr