Ukraynada hərbi vəziyyət rejimi 90 gün uzadılıb.
Gundem.az xəbər verir ki, bununla bağlı Ali Radanın oktyabrın 21-də keçirilən iclasında Prezident Vladimir Zelenskinin təqdim etdiyi sənəd müzakirə olunub.
Sənədi Müdafiə və Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov təqdim edib.
Sənəd müzakirələrdən sonra qəbul edilib. Ukraynada hərbi vəziyyət, noyabrın 5-dən sonra 2026-cı il fevralın 3-ə qədər uzadılıb.
 
                        