AZ

Dabaq xəstəliyinə görə əksər insanlar bu ətlərdən alırlar - VİDEO

Bölgələrdə dabaq xəstəliyinin yayılması xaricdən gətirilən ət məhsullarına olan marağı artırıb.

Day.Az xəbər verir ki, satıcıların sözlərinə görə, son 20 gün ərzində bəzi bölgələrdə dabaq xəstəliyinin yaratdığı təhlükələrə görə xaricdən idxal olunan ət məhsullarına olan tələbat yüksəlib. Bildirilir ki, ölkədə dabaq xəstəliyinin ən təhlükəli forması olan SAT-2 növünün qeydə alınması nəticəsində, hətta rayon sakinləri belə xarici ət məhsullarına üstünlük verməyə başlayıblar. Bu dövrdə xüsusilə mal ətinə maraq daha da artıb.

Satıcılar həmçinin qeyd edirlər ki, artan tələbat qiymətlərdə ciddi dəyişiklik yaratmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha geniş videomaterial təqdim edir.

Seçilən
18
day.az

1Mənbələr