AZ

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı - Foto

 Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində “Mercedes” markalı avtomobil “Azərişıq” ASC-nin yolu keçən iki işçisini vuraraq öldürüb.

News24.az xəbər verir ki, “Mercedes” markalı avtomobili yolu keçən Salyan sakini, 45 yaşlı Anar Həsənqulu oğlu Bayramov və Salyan rayonunun Həsənli kənd sakini, 1956-cı il təvəllüdlü Manafov Mehdiqulu Allahyar oğlunu vurub.

Hadisəni eşidən Anar Bayramovun atası 69 yaşlı Həsənqulu Bayramov da infarkt keçirərək ölüb.

Qəzada ölən “Azərişıq” əməkdaşı və atasının fotosunu təqdim edirik: //“Qafqazinfo”


Seçilən
103
16
news24.az

10Mənbələr