AZ

Avstraliyanın baş nazirinə məxsus təyyarə ABŞ-da təcili eniş edib

Avstraliyanın baş naziri Entoni Albanezeyə məxsus təyyarə göyərtəsində olan ekipaj üzvünün xəsarət alması səbəbilə ABŞ-da təcili eniş edib.

APA xəbər verir ki, bu barədə SBS məlumat yayıb.

Məlumata görə hadisə Albanezenin ABŞ prezidenti Donald Trampla ABŞ-dakı görüşdən qayıtdığı zaman baş verib.

"Baş nazir Entoni Albanezenin təyyarəsi ekipaj üzvünün tibbi yardıma ehtiyac duyması səbəbilə ABŞ-da təcili eniş edib. Vaşinqtondan Avstraliyaya uçan təyyarə Missuri ştatının Sent-Luis şəhərinə enib", - məlumatda deyilir.

Seçilən
21
3
apa.az

4Mənbələr