AZ

Taliska “Fənərbaxça​”dan ayrılır?

“Fənərbaxça”nın braziliyalı futbolçusu Anderson Taliska haqqında yayılan ayrılıq iddialarına cavab verib.

Ulduz futbolçu şəxsi X hesabında etdiyi paylaşımda “saxta xəbərlər başladı” ifadəsini işlədərək Braziliyaya qayıtmaq istədiyi barədə yayılan məlumatları təkzib edib.

Xatırladaq ki, ESPN-in xəbərində Taliskanın Türkiyədə xoşbəxt olmadığı, buna görə Braziliyaya dönmək istədiyi qeyd olunmuşdu. Həmçinin baş məşqçi Joze Mourinyonun gedişindən narazı qaldığı da bildirilirdi. \\Metbuat.az

Seçilən
53
2
hurriyyet.az

3Mənbələr