AZ

Qızıl ucuzlaşdı

Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 21-də qızılın qiyməti uzun müddətdən sonra ilk dəfə aşağı düşüb.

Hafta.az-ın məlumatına görə, qızılın spot qiyməti 6,3% azalaraq bir unsiya üçün 4 082 dollar təşkil edib. Bu, 2020-ci ilin avqust ayından bəri qeydə alınan ən yüksək azalma göstəricisidir.

Spot bazarda gümüşün qiyməti də əhəmiyyətli dərəcədə — 8,7% azalaraq bir unsiya üçün 47,9 dollar olub.

Dekabr ayı üzrə qızıl fyuçerslərinin dəyəri isə 5,3% ucuzlaşaraq bir unsiya üçün 4 129 dollara enib.

Seçilən
80
hafta.az

1Mənbələr