AZ

Macarıstanda fövqəladə vəziyyət rejiminin müddəti daha altı ay uzadılıb

Macarıstan parlamenti Ukrayna ərazisindəki silahlı münaqişə ilə əlaqədar ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddətini daha altı ay uzadıb.

Trend-in məlumatına görə, fövqəladə vəziyyət rejimi baş nazirə və hökumətə bəzi qərarları parlament müzakirəsinə çıxarılmadan, fərmanlar və qətnamələr vasitəsilə sürətləndirilmiş qaydada qəbul etməyə imkan verir.

Xatırladaq ki, Macarıstan hökuməti 2022-ci ilin may ayında Ukraynada baş verən hadisələr fonunda 180 gün müddətinə fövqəladə vəziyyət elan edib və o vaxtdan bəri bu rejimin müddəti artıq altıncı dəfə uzadılıb.
Seçilən
9
1
sherg.az

2Mənbələr