AZ

Mingəçevirdəki qəzada xəsarət alan şəxsin SON VƏZİYYƏTİ

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Mingəçevir şəhərində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 21.10.2025-ci il tarixində saat 19:00 radələrində 1956-cı il təvəllüdlü şəxs (qadın) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Bu barədə Bizim.Media-ya TƏBİB-dən bildirilib.Sol ayağın incik sümüyünün, sağ qolun bazu sümüyünün sınığı diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.Qeyd edək ki, 1958-ci il təvəllüdlü şəxsin (qadın) isə xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
1
bizim.media

2Mənbələr