Vaşinqton, 20 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə yaxın vaxtda görüşməsi planlaşdırılmır. AZƏRTAC-ın məlumatına görə, bu barədə Ağ Evin bəyanatında deyilir.
Tramp keçən həftə Putinlə telefon danışığından sonra təxminən iki həftə ərzində rusiyalı həmkarı ilə görüşə biləcəyini demişdi. Görüş yeri Budapeşt şəhəri nəzərdə tutulurdu.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton