Sabunçu rayonu, Maştağa qəsəbəsində 128 saylı məktəbin ərazisində yanğın qeydə alınıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, yanğın məktəbin həyətyanı sahəsindəki kolluq ərazidə qeydə alınıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən dəstələri tərəfindən ətrafa yayılmadan söndürülüb.
***
20:13
Bakıda məktəbdə yanğın hadisəsi baş verib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, yanğın Sabunçu rayonu, Maştağa qəsəbəsində 128 saylı məktəbdə qeydə alınıb.
Əraziyə FHN qüvvələri və polis əməkdaşları cəlb edilib.
 
                        