ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Serbiyanın Novi Sad şəhərində U23 dünya çempionatı davam edir.
55 kq çəki dərəcəsində güləşən idmançımız Elmir Əliyev yarımfinalda iranlı Armin Şamsipurhacıya “tuş”la qalib gələrək dünya çempionatının finalına yüksəlib.
Qeyd edək ki, Ziya Babaşov (63 kq) da finala çıxıb. O, finalda moldovalı Vitali Yeryomenkoyla qarşılaşacaq.
Laçın Vəliyev (87 kq) isə bürünc medal uğrunda amerikalı Payton Yakobsonla güləşəcək.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.