"Qarabağ"ın 6 xalının olması sürpriz deyil. Biz də belə bir vəziyyətdə olmaq istərdik. Onlar Bilbaoya gəzintiyə gəlməyiblər və oyun maraqlı keçəcək. "Qarabağ" çətin vəziyyətlərdə də mübarizə aparmağı bacarır, sona qədər döyüşür. Rəqib kifayət qədər keyfiyyətə malikdir. Biz onlara hörmətlə yanaşırıq, çünki nəyə qadir olduqlarını artıq göstəriblər. "Qarabağ" daha çox hücum yönümlü komandadır. Əgər oyun bizim xeyrimizə getsə, bəlkə də digər rəqiblərə nisbətən onlara qarşı daha çox fürsət yarada bilərik. "Qarabağ" Çempionlar Liqasında iki qələbə qazanıb, biz isə hələ qalib gəlməmişik. Özümüzü əsla favorit saymırıq. Rəqibə böyük hörmətlə yanaşırıq. Onlara iki ya da üç qol vurmaq barədə danışmırıq. Meydana qələbə qazanmaq üçün çıxacağıq".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta
 
                        