Ötən il Ermənistanın Suriyadakı səfiri təyin olunmuş Ruben Xarazyan prezident Əhməd əl-Şəraaya etimadnaməsini təqdim edib.
Redaktor.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat verib.
Etimadnamənin təqdiminin gecikməsi, Suriyanın siyasi sabitsizliyi ilə əlaqələndirilir.
Xarazyan ərəb dili və ədəbiyyatı üzrə təhsil alıb və müxtəlif diplomatik vəzifələrdə çalışıb. Əvvəlki illərdə o, Ermənistanın İraqdakı səfiri, Fransadakı baş konsulu və Türkmənistandakı səfiri kimi vəzifələrdə çalışıb.
 
                        