AZ

Azərbaycan ilk dəfə xaricə premium benzin satıb

Azərbaycan ilk dəfə 95 oktanlı premium benzin ixracını həyata keçirib.

Banker.az-ın məlumatına görə, 2025-ci ilin ilk səkkiz ayının nəticəsinə əsasən, Gürcüstana ümumilikdə 4 196 ton premium benzin satılıb. Bu ixracın ümumi dəyəri 2 milyon 777 min ABŞ dolları təşkil edib, ixrac olunan benzinin orta qiyməti isə tonuna 662 dollar olub.

Uzun illərdir Azərbaycan premium benzinə olan daxili tələbatı idxal hesabına ödəyirdi. Hazırda da ölkədə bu markalı benzinin istehsalı məhdud olduğundan, idxal prosesi əvvəlki qaydada davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin aprel–iyun aylarında ölkədə 8,8 min ton premium benzin istehsal edilib.

Seçilən
27
3
azpost.info

4Mənbələr