Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Türkiyədən iki şəhər də siyahıda yer aldı
İngiltərənin
nüfuzlu qəzetlərindən “Daily Mail”, dünyanın ən yaxşı yeməklərinin təqdim
olunduğu şəhərləri sıralayıb. Türkiyədən də iki şəhər ilk 30-luğa daxil olub.
Sherg.az
xəbər verir ki, “Daily Mail”, məlumatlarını səyahət və qastronomiya platforması
“Taste Atlas”a əsaslanan xəbərində, dünyanın ən yaxşı yeməklərinin təqdim
olunduğu şəhərləri açıqlayıb.
Xəbərdə
gastronomiya turizminin son illərdə sürətlə artdığına diqqət çəkilir və
“Dünyanın ən yaxşı yemək şəhərləri” sıralaması yarım milyona yaxın istifadəçi
rəyi əsasında müəyyən edilib.
Araşdırmada
17 minə yaxın şəhər, mətbəx mədəniyyəti, yerli ləzzətləri və qastronomik
müxtəlifliyi ilə yarışıb. Siyahının başında Avropa
şəhərləri diqqət çəkib.
İlk sırada pizza və makaron paytaxtı
sayılan İtaliyanın Napoli şəhəri qərarlaşıb. Onu İtaliyadan Milan, Bolonya və Floransa izləyib. İlk 10-luğa həmçinin
Mumbai (Hindistan), Roma, Paris, Vyana, Torino və Osaka (Yaponiya) daxil olub.
Avropa ağırlıqlı siyahının
digər yerlərində isə dünyanın müxtəlif qastronomiya mərkəzləri yer alıb:
Madrid, 12. Nyu-York,
13. Cenevrə, 14. Nis, 15. Lima, 16. Cakarta, 17. Kyoto, 18. Qaziantep, 19.
Ferrara, 20. Nyu-Orleans, 21. Katania, 22. Sinqapur, 23. Venesiya, 24. İstanbul,
25. Tokio, 26. San-Fransisko, 27. Lissabon, 28. Guadalaxara, 29. Çikaqo və 30.
Filadelfiya.
Siyahıda Türkiyə üzrə
diqqət çəkən məqam Qaziantep və İstanbulun ilk 25-likdə yer almasıdır.
Qaziantep özünəməxsus
mətbəxi, UNESCO tərəfindən qeyd olunmuş ləzzətləri və ənənəvi şirniyatları ilə
18-ci sırada qərarlaşıb.
İstanbul isə müasir
restoranları və çoxmədəniyyətli qastronomiya strukturu ilə 24-cü sırada yer
alıb.
“Taste Atlas”
qiymətləndirməsində vurğulanır:
“Bir şəhərin mətbəxi
yalnız yeməklərindən deyil, tarixindən, mədəniyyətindən və insanından da izlər
daşıyır.”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.