AZ

“Qarabağ”ın rəqibindən mübahisəli təklif: 23 yaşdan yuxarı futbolçular...

İtaliyanın “Napoli” klubunun prezidenti Aurelio De Laurentis futbol qaydalarında dəyişiklik təklifi ilə diqqət çəkib.

News24.az xəbər verir ki, o, 23 yaşdan yuxarı futbolçuların milli komandaya çağırılmamasını istəyib.

Laurentis bu fikrini İtalyan-Amerikan Fondunun 50 illiyi tədbirində səsləndirib. Onun sözlərinə görə, bu qərar həm gənc istedadların üzə çıxmasına, həm də yaşlı futbolçuların zədələrdən qorunmasına kömək edəcək.

“Bir futbolçu 30-35 yaşında milli komanda oyununda zədələnsə, bu  liqalara ciddi zərbə vurur. Ona görə dəyişiklik vaxtıdır”, – deyə o bildirib.

Laurentis həmçinin futbol rəhbərlərini yeniliyə qarşı müqavimət göstərməkdə günahlandırıb və liqaların qaydalarının yenilənməsinin vacibliyini vurğulayıb.


Xeyrənsə Piriyeva


Seçilən
162
1
news24.az

2Mənbələr