AZ

Süni intellekt məlumat mərkəzlərinin artması elektrik və su çatışmazlığına səbəb olub

Süni intellekt mərkəzlərinin artımı qlobal enerji və su böhranını dərinləşdirir.

QHT.az xəbər verir ki, Süni intellekt (AI) məlumat mərkəzlərinin sürətli artımı dünyanın müxtəlif bölgələrində su və enerji çatışmazlığına səbəb olur. Meksikada yeni məlumat mərkəzlərinin açılması elektrik kəsintilərinin və uzunmüddətli su qıtlığının artmasına gətirib çıxarıb. Oxşar problemlər İrlandiya, Çili, Cənubi Afrika, Braziliya, Böyük Britaniya, Hindistan, Malayziya, Sinqapur və İspaniyada da müşahidə olunur.

NYT-nin məlumatına görə, bu mərkəzlər 2035-ci ilə qədər dünyanın ümumi elektrik enerjisinin 4,4%-ni istehlak edə bilər. Məsələn, İrlandiyada məlumat mərkəzləri artıq ölkənin elektrik enerjisinin 20%-dən çoxunu sərf edir.

Hazırda dünyada 1244 böyük məlumat mərkəzinin təxminən 60%-i ABŞ-dan kənarda yerləşir və OpenAI, Amazon, Google, Microsoft kimi şirkətlər əsas investorlardandır. UBS-in hesablamalarına görə, şirkətlər bu il məlumat mərkəzlərinə 375 milyard dollar, 2026-cı ildə isə 500 milyard dollar sərmayə qoyacaq.

Ekspertlər xəbərdarlıq edirlər ki, süni intellektin inkişafı fonunda bu “məlumat mərkəzi bumu” qlobal enerji və su infrastrukturuna ciddi təzyiq yaradır.

 

R.İmanov

Seçilən
36
qht.az

1Mənbələr