“Ulduz” jurnalının oktyabr sayı “Ulduz” jurnalı ilə Dünya Gənc Türk Yazarlar Birliyinin birgə layihəsi” olaraq işıq üzü görüb.
APA xəbər verir ki, jurnal Həsən Kürün şeirləri ilə açılır.
“Şeir vaxtı”nda Türkiyədən Özgür Bacaksız, Özbəkistandan Mehrinaz Abbas, Rəhmət Babacan, Firuzə Xeyrullayeva, Sevinc Xuşnazarova, Masihullah, Qırğızıstandan Altınbek İsmail, Kıyalbek Kamıtoğlu, Rızkul İzatova, Qazaxıstandan Sayat Kamşıqer, Gülnaz Fayzulla, Monqolustandan Dauletkerey Kapoğlu, Cənubi Azərbaycandan Əli Çağla, Türkmənistandan Faroqat Cabbarova, Azərbaycandan Fərid Hüseyn, İntiqam Yaşar, Taleh Mənsur, Ruslan Dostəli, Xəyalə Sevil, Şükür Əli, Cəmil Cəmilbəyli, Nofəl Ümid , Səddam Laçın, Tural Adışirin, Şahanə Müşfiq, Ayşən Rəhim, Yusif Nazim Ərəbsoy, Valeh Qoca, Qabil Ədalət, Fuad Cəfərli və Elvin İntiqamoğlunun şeirləri yer alıb.
“Tribuna”da filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva “Şairin ruh dünyası” yazısında Əhməd Qəşəmoğlu yaradıcılığında mələk və məleykələrdən söz açır.
Bakı Dövlət Universitetinin doktorantı Məleykə Mirzəli “Məhtimqulu Fəraqi-300” yazısı ilə türkmən şeirinin yaradıcılığından bəhs edir.
“Nəsr” rubrikasında Rizvan Fikrətoğlunun “Son əlvida”, qazax yazıçı Erkinbek Serikbayın “Bu da bayram günlərində”, Anar Adilin “Şöşü”, Şəfa Vəlinin Sədnik Paşa Pirsultanlının xatirəsinə həsr etdiyi “Ruh quşu”, Yeqzar Cəfərlinin “Ağac oğrusu”, Amin Namazlının “Ömrün işığı”, Elmin Nurinin “Bozqırın mürəkkəb qoxusu”, türk yazıçısı Ənvər Aykolun “Qırmızı və Qara”, Ulucay Akifin “Cin dərəsi”, Aygün Yaşarın “Naməlum əsgər” hekayələri təqdim olunur.
“Dərgidə kitab”da Ramazan Qafarlı Mahirə Nağıqızının yaradıcılığından söz açır.
“Dərgidə sərgi”də isə Tünzalə Ağabalayevanın rənglər dünyası təqdim olunub.