AZ

Terrorçuluq barədə yalan məlumat verdiyi üçün DTX nin həbs etdiyi şəxsin məhkəməsi başlayıb

ain.az, Oxu.az saytına istinadən bildirir.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan, Azərbaycanda terror barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Vitali Zabolotskinin cinayət işi üzrə məhkəmənin ilk hazırlıq iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

Baxış iclası noyabrın 3-nə təyin edilib.

Qeyd edək ki, Vitali Zabolotski DTX tərəfindən saxlanılıb. Ona AR Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddənin sanksiyasında 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Elgün Həsənli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
43
2
oxu.az

10Mənbələr