Sitat.info portalından alınan məlumata görə, ain.az xəbər verir.
Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Akif Abgül oğlu Baxşıyev qəfil dünyasını dəyişib.
Sitat.info verir ki, hadisə şəhərin 41 "A" məhəlləsində baş verib.
A.Baxşıyev gecə saatlarında özünü pis hiss edərək mədə ağrılarından şikayətlənib. Ailə üzvləri onun vəziyyətinin pisləşdiyini görərək təcili tibbi yardıma müraciət ediblər.
Yaxınlarının iddiasına görə, A.Baxşıyev həkimlər tərəfindən iynə vurulduqdan az sonra ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
 
                        