AZ

Maştağada yeniyetmə atasını söyüşə görə öldürüb - FOTO

Bu gün Bakının Sabunçu rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Teleqraf-ın məlumatına görə, Maştağa qəsəbəsində yaşayan 2009-cu il təvəllüdlü yeniyetmə Y.Ç atası 1980-ci il təvəllüdlü Əliyev Emil Çingizoviçə dörd bıçaq zərbəsi vurub.
İlkin məlumata görə, yeniyetmə atasına qarşı anası Təhminə Əliyevanı təhqir etdiyi üçün bu əməli törədib. Cinayətdə istifadə edilən bıçaq kanalizasiya quyusuna atılıb.
Hazırda Sabunçu Rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparır.

Seçilən
15
2
sherg.az

3Mənbələr