AZ

“Prezidentin arxasında xalq dayanır” – EMİN HƏSƏNLİ

Azərbaycan dövləti əmin əllərdədir. Azərbaycan dövlətinə təhdid və təhlükə törətməyə heç kimin gücü çatmaz.

Herbiand.az xəbər verir ki, bu fikirləri “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-nın sədri Emin Həsənli son günlər Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehtiyevin dövlət çevrilişinə cəhdlə bağlı istintaqa clb olunmasına münasibət bildirərkən deyib.

“Ramiz Mehtiyev uzun illər Azərbaycanda mühüm dövlət vəzifəsi tutmuş şəxsdir. O hamıdan yaxşı bilməliydi ki, Azərbaycanda qarşıdurma yaratmaq, xalqın iradəsindən kənar hakimiyyət dəyişikliyi etmək cəhdləri ancaq iflasla nəticələnə bilər. Amma görünür düz nəticə çıxara bilməyib. Ramiz Mehtiyev və ona bağlı olan şəbəkə onlarla perespektivli gəncin inkişafının qarşısını kəsib. Amma onun qarşısını kəsməyə çalışdığı insanlar həmişə dövltə və dövlətçiliyə sədaqətli olub.

Hazırda istintaq gedir. Əminəm ki, istintaq hər şeyi aydınlaşdırıb ortaya qoyacaq.

Azərbaycanda dövlət çevrilişi fikrinə düşmək çox gülüncdür. Bu gün Azərbaycana rəhbərlik edən, Qarabağ zəfərinin müəllifi olan Prezident İlham Əliiyev xalqın tək və şəriksiz lideridir. Son prezident seçkiləri də göstərdi ki, onun alternativi yoxdur.

Azərbaycanda hər hansısa bir təxribatçı fikrə düşən şəxs bilməlidir ki, Prezidentin arxasında xalq dayanır. Bu gün 10 milyonluq Azərbaycan Ali Baş Komandanın əmrinə müntəzirdir və hər an Azərbaycan Dövlətinə qarşı çıxan qüvvələrə yerini göstərə bilər”.

Seçilən
41
herbiand.az

1Mənbələr