AZ

Qazaxıstandan taxıl Azərbaycan vasitəsi ilə Ermənistana göndəriləcək

Azpost saytından alınan məlumata görə, ain.az bildirir.

Qazaxıstan taxılının ilk partiyası tezliklə Aktau-Bakı marşrutu, daha sonra isə Azərbaycan və Gürcüstan dəmir yolları ilə Ermənistana gətiriləcək.

APA xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

“Sülh qurulub”, – nazir qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bildirib.

Ermənistan Respublikası Azərbaycan Prezidentinin Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını alqışlayıb.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
12
azpost.info

6Mənbələr