Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığından bəhs edib.
APA-nın Moskva bürosu xəbər verir ki, Lavrov Rubio ilə hazırkı vəziyyəti və ABŞ prezidentinin Budapeştdə keçirməyi təklif etdiyi Rusiya və ABŞ prezidentləri arasında növbəti görüş üçün planı necə hazırlaya biləcəklərini müzakirə etdiklərini açıqlayıb.
"Aydındır ki, söhbət məkan məsələsində deyil, baxmayaraq ki, Aİ-ni suveren dövlətlərin birliyi kimi görmək istəməyənlərin və bütün məsələləri Brüssel bürokratiyası daxilində həll etməyə üstünlük verənlərin dalğasını nəzərə alsaq, bu da vacib məsələdir".
Sergey Lavrov Amerika mətbuatının Rusiya-ABŞ sammitinin guya təxirə salına biləcəyi ilə bağlı xəbərlərindən təəccübləndiyini bildirib.