AZ

Bu şəhər və rayonlarda 100 minə yaxın uşaq icbari dispanserizasiyaya cəlb olunub

Bakı. Trend:

Dövlət Proqramına uyğun olaraq Gəncə, Mingəçevir şəhər, ocümlədən Ağsu, Bərdə və Ağdaş rayon mərkəzi xəstəxanalarının tibbheyəti tərəfindən uşaqların ilkin müayinələri həyatakeçirilib.Mərkəzi xəstəxanaların tibb heyəti tərəfindən cari ilinyanvar-sentyabr ayları ərzində 95 403 uşaq icbaridispanserizasiyaya cəlb olunub.

Trend xəbərverir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilibv ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tibb heyətitərəfindən 34 036, Ağsu Rayon Mərkəzi Xəstəxanasının tibb heyətitərəfindən 21 666, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının tibb heyətitərəfindən 19 305, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının tibbiheyəti tərəfindən 14 537, Bərdə Rayon Mərkəzi Xəstəxanasının tibbheyəti tərəfindən isə 5 859 uşaq müayinə olunub.

Xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəbrəhbərliyinə, həm də valideynlərə təqdim edilib.

Həmin şagirdlərin qısa zamanda ilkin səhiyyə xidməti göstərəntibb müəssisələrinə müraciət edərək geniştərkibli müayinələrdənkeçməsi və aşkarlanan xəstəliklərin müalicəsinə başlanması tövsiyəolunub.
Qeyd edək ki, uşaqların icbari dispanserizasiyası AzərbaycanRespublikasının Prezidentinin 5 mart 2013-cü il Fərmanına uyğunolaraq davam etdirilir.

İcbari dispanserizasiyasının əsas məqsədi uşaqlar, o cümlədənməktəblilər arasında xəstələnmə, sağlamlıq imkanlarınınməhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır.

İcbari dispanserizasiya zamanı uşaqlara illik profilaktik baxışhəyata keçirilir. İcbari dispanserizasiya çərçivəsində uşaqlar həril bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər (pediatr,stomatoloq, nevroloq, cərrah, endokrinoloq, uroloq, oftalmoloq,otorinolarinqoloq, dermatoloq və digər mütəxəssislər) tərəfindəndiaqnostik və laborator müayinələrə cəlb edilir.

Qeyd edək ki, TƏBİB “Uşaqların icbari dispanserizasiyadankeçirilməsinə dair Dövlət Proqramı”nın təmin edilməsi istiqamətindətədbirləri davam etdirir.

Məqalədə:
Seçilən
56
az.trend.az

1Mənbələr