Paşinyan artıq orduda və təhlükəsizlik strukturlarında Rusiyaya bağlı şəxslərin təmizlənməsi prosesinə start verib. Növbəti mərhələdə hədəfdə Ermənistan Apostol Kilsəsinin baş keşişi, Katolikos II Qaregin və onun yaxın çevrəsi dayanır.
Gələn il seçkilərə qədər Rusiya yönümlü müxalifət və Kilsə siyasi təsir dairəsindən çıxarılacaq. Bir neçə yepiskopun həbsi və onların istintaqa verdiyi ifadələr II Qaregini hakimiyyət çevrilişi planında iştirakda ittiham edə bilər. Bu isə Kilsənin siyasətə qarışması faktını daha da qabardaraq, II Qaregini istefaya məcbur edəcək əsas yarada bilər.
Paşinyanın əsas məqsədi həm kilsə, həm də siyasi müxalifət vasitəsilə ölkəyə təsir göstərən Rusiyanın "beşinci kolonu"nu tamamilə zərərsizləşdirməkdir. Qeyd edim ki, Apostol Kilsəsi də uzun illərdir Kremlin siyasi maraqları istiqamətində fəaliyyət göstərib.
Ermənistanda baş verənlər proseslər regionda təhlükəsizliyin təmin edilməsində mühüm faktordur. Çünki, Rusiya yönümlü qüvvələrin hakimiyyəti Azərbaycanla sülh prosesini dayandıra bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
 
                        