Bakı.Trend:
“Azərbaycan Dəmir Yolları” QSC və “Balakhani Operating Company”LTD-nin təşkilatçılığı ilə Dəmiryol Muzeyində “Qara qızılın saldığıdəmir yollar” adlı fotosərginin açılışı olub.
Trend xəbərverir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, sərgi XIX əsrin sonu – XX əsrin əvvəllərindəAzərbaycanda neft və dəmir yolları arasında formalaşan qarşılıqlıəlaqəni əks etdirən nadir arxiv fotolarını təqdim edir. Bufotoların əksəriyyəti ilk dəfədir ki, ictimaiyyətə nümayişolunur.
“Qara qızılın saldığı dəmir yollar” sərgisi Azərbaycanın sənayevə nəqliyyat tarixində mühüm yer tutan iki sahənin — neft və dəmiryollarının bir-birini tamamlayan inkişaf yolunu nümayiş etdirir.1880-ci ildə Azərbaycanın ilk dəmir yolu – Bakı–Sabunçu–Suraxanıxətti istifadəyə verilib. Bu qatarlar dünyada ilk dəfə neftivaqon-sisternlərlə daşıyaraq tarix yazıb. Çox keçmədi ki, həmindəmir yolları təkcə neft deyil, həm də sərnişinləri, Abşeronunmədənlərindən şəhərə və ya əksinə üz tutan minlərlə neftçi vəonların ailələrini daşımağa başlayıb. 1926-cı ildə isə Bakıdakeçmiş SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu istifadəyəverilib. Həmin xəttin qatarları bu gün Dəmiryol Muzeyininyerləşdiyi binadan Sabunçuya yola düşürdü.