Bakı. Trend:
2025-ci il oktyabrın 20-də Xankəndi Konqres Mərkəzində“Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş AzərbaycanQeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun rəsmi açılışmərasimi keçirilib.
Bu barədə Trend-ə Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiAgentliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün,suverenliyinin, Konstitusiya quruluşunun qorunması naminəhəyatlarını qurban verən şəhidlərin əziz xatirəsi 1 dəqiqəliksükutla yad edilib, Dövlət Himni səsləndirilib. Xalq artistiFəxrəddin Manafovun ifasında “Şəhidə məktub” videoçarxı nümayişolunub.
Rəsmi açılış mərasimində Ümummilli Lider Heydər ƏliyevinKonstitusiya quruculuğuna dair fikirlərindən ibarət xüsusivideoçarx da təqdim edilib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçıdirektoru Aygün Əliyeva bildirib ki, 2023-cü ildən başlayaraq, həril Azərbaycan QHT-lərinin illik toplantısı keçirilir, ötən dövrün,cari vəziyyətin və gözləntilərin dəyərləndirilməsi üçün buplatforma mühüm əhəmiyyət kəsb edib. İcraçı direktor QHT-ləriprosesə yaxından cəlb etməklə, 19 dövlət proqramı üzrə 67tapşırığın icrasını Agentliyin 97% göstərici ilə tamamladığını, bunəticənin qurumun tarixində ilk dəfə əldə olunduğunu bildirib.Məlumat verilib ki, 2025-ci ilin noyabrında Azərbaycanda TürkDövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumukeçiriləcək: “Bundan başqa, Azərbaycan-Qazaxıstan QHT-lərinin ilkforumuna hazırlıq prosesi də davam edir. Qarşıdakı dövrdəAzərbaycan-Çin QHT-lərinin də əməkdaşlıq platformasının qurulmasıhədəflənir”.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında AzərbaycanRespublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qeydedib ki, hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarınınərazisində 22 mindən çox şəxs məskunlaşıb. O, QHT-ləri azad edilmişərazilərin reinteqrasiyasında, bərpa və sosial adaptasiyaproseslərində fəal iştirak etməyə çağırıb: “Əminəm ki, bu cürgörüşlər dövlət orqanları ilə vətəndaş cəmiyyəti arasındaəməkdaşlığı daha da dərinləşdirəcək, Azərbaycan RespublikasınınKonstitusiyanın ruhuna uyğun birgə fəaliyyətin möhkəmlənməsinə,həmçinin Azərbaycan həqiqətlərinin və dəyərlərinin beynəlxalqmiqyasda daha geniş tanıdılmasına xidmət edəcək”.
Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiyaşöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev artıqAzərbaycanda dövlət-QHT münasibətlərinin “yardım modeli”çərçivəsindən çıxaraq, qarşılıqlı məsuliyyət, etimad, şəffaflıqmodeli üzərində qurulduğunu diqqətə çatdırıb: “Bu, yeni mərhələyəyüksəlmədir. Məqsəd yalnız müxtəlif layihələr maliyyələşdirməkdeyil, onun təsirini, özü də sistemli təsirini ölçə bilmək,layihələri mütərəqqi ictimai dəyərə çevirməyə nail olmaqdır. Bu günAzərbaycan QHT sektorunda böyük bir canlanma, yüksək əhval-ruhiyyə,işgüzarlıq mühiti, proaktiv fəaliyyət müşahidə edilir. Artıq tədbirnaminə tədbirlər deyil, hədəf auditoriyaya yönəlik işlər,ölçüləbilən nəticələr önə çıxır, hesabatlılıq artır”.
“Qarabağ Dirçəliş Fondu”nun İdarə Heyətinin sədri Rəhman Hacıyevson illər QHT sektorunda kəmiyyətdən keyfiyyətə keçidingücləndiyini vurğulayıb. R.Hacıyev ilk dəfə QHT-lərə Dövlət DəstəyiAgentliyi ilə birgə QHT-lər üçün müsabiqələr elan etdiklərini,prosesdə əsas tərəfdaşın ANAMA olduğunu bildirib. O, bu müsabiqələrçərçivəsində QHT-lərdən mina və PHS mövzusunda mühüm təşəbbüslərgözlədiklərini ifadə edib, Forumun işinə uğurlar arzulayıb.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Sosial SərmayələrDepartamentinin direktoru Xalid Rəcəbov da ilk dəfə Qeyri-HökumətTəşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lər üçünqrant müsabiqələri elan etdiklərini, bunun uğurlu başlanğıcolacağına inandıqlarını qeyd edib.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri SevincOrucova Azərbaycan vətəndaş cəmiyyəti qaya kimi möhkəm və daimişgüzar olmasının vacibliyini önə çəkib, milli maraqlarınmüdafiəsində Azərbaycan QHT-lərinin vahid mövqedən çıxış etməsinitəqdir edib.
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevbildirib ki, “layihə yönümlü fəaliyyətinin yerini proses yönümlüsistem tutmalıdır” fikri təkcə texniki yanaşma kimi deyil, vətəndaşcəmiyyətinin özünütəşkil modelinə dair strateji çağırış kimisəslənir: “Layihə müəyyən məqsədin ifadəsidirsə, proses həminməqsədin daimi idarəetmə mexanizminə çevrilməsidir. Layihələrkeçici nəticə verir, proseslər isə dəyərlərin davamlılığını təminedir. Azərbaycan vətəndaş cəmiyyəti indi bu keçidi reallaşdırmağadaha yaxındır”.
Daha sonra Forumun aparıcısı, tanınmış diktor Dilarə SəlimAzərbaycan QHT təmsilçilərinin “Konstitusiya və Suverenlik İli”nəhəsr edilmiş fikirlərindən ibarət videoçarxı təqdim edib.
Forum öz işini 4 panelə bölünərək davam etdirib.