AZ

QHT-lərin şöləni: Şuşada təlim, Xankəndidə forum

Şuşa Otel-Konqres Mərkəzi Kompleksində “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı” çərçivəsində iki günlük təlim keçdik. Fasiləsiz öyrənmə tərəfdarı kimi, təlimlərdə böyük məmnunluqla iştirak etdim və səviyyəsindən razı qaldım. Məlum, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin keçirdiyi qrant müsabiqələri yüksək rəqabət şəraitində keçir. Bu rəqabətdə əsas milli donorun gözləntilərini dəyərləndirmək üçün təlimlər son dərəcə faydalı oldu.

Ayın 20-də Şuşadan Xankəndiyə yola düşdük. Xankəndi Konqres Mərkəzində “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu baş tutdu. 300 QHT nümayəndəsinin qatıldığı tədbir Azərbaycan vətəndaş cəmiyyətinin Xankəndi şöləni idi.

Forumda 2022-ci ilin dekabrında başlayan Şuşa-Laçın yolundakı ekoloji aksiyanın çox sayda iştirakçısı da vardı. Faktiki olaraq Laçın Sərhəd Keçid Postunun qurulması ilə nəticələnmiş bu möhtəşəm aksiyanın Xankəndinin azad olunması prosesinə ciddi siyasi və psixoloji təkan verdiyi heç kimə sirr deyil. Qarabağ təbiətinin müdafiəsi üçün başlanan və təbii sərvətlərimizin qanunsuz istismar edilməsinə toplumsal hiddəti ifadə edən uzunmüddətli protest öz məğzinə görə suverenliyin ekoloji manifesti idi. Vətəndaş cəmiyyəti dövlətin siyasətinə qahmar çıxaraq seperatizmin qalıqlarının və rus sülhməramlılarının qarşısında milli iradəni nümayiş etdirirdi. İlk günlərdən aksiyaya qoşulmuş ictimai birlik sədri olaraq deyə bilərəm ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin sədri Aygün Əliyeva vətəndaş cəmiyyəti adına o fəxarətli günlərin əsas qəhrəmanlarından idi.

Bəli, biz zəfər toplumuyuq.

Öz tarixi zəfərimizi sırf “hərbi qələbə” çərçivəsində saxlamamalı, onu yeni yeni düşüncə sistemi kimi götürməliyik. İkinciQarabağ savaşının nəticələri cəbhə xəttindən çoxdan çıxıb və artıq həyatın bütün sahələrinə- iqtisadiyyata, təhsilə, elmə, mədəniyyətə daşınmalıdır. Hərbi qələbə nəticəsində torpaqlarımızı azad etmişik, azadlığın davamı zəfərin yeni nailiyyətlərə transformasiya olunmasını şərtləndirir.

Aygün Əliyeva, zənnimcə, bu baxımdan ictimai etimadı doğruldan fiqurdur və həm Şuşada, həm də Xankəndidəki ədbirlərdə açılış çıxışı vətəndaş cəmiyyətinin özünəinamına və yenidənqurma enerjisinə xitab edirdi.

Düşünürəm ki, bir zəfər toplumu olaraq qarşımızda yeni vəzifələr durur:

• Qələbənin mənəvi enerjisini institusional dayanıqlığa çevirmək;
• QHT-ləri “qrantyeyənlər” imicindən xilas edib, milli həmrəyliyin ictimai sütununa çevirmək;
• “Vətəndaş diplomatiyası” vasitəsilə Azərbaycanın beynəlxalq imicini möhkəmləndirmək;
• Və ən əsası- suverenliyin sosial təməlini gücləndirmək.

Seçilən
33
aznews.az

1Mənbələr