AZ

AQİL ABBAS HİNDARXDA SEÇİCİLƏRLƏ GÖRÜŞDÜ FOTOLAR

ain.az, Adelet.az portalına istinadən məlumat yayır.

Ayın 18-də millət vəkili  Aqil Abbas Ağcabədi rayonunun Hindarx qəsəbəsində bu il istifadəyə verilmiş orta  məktəbdə seçicilərlə görüşüb.  Həm seçicilərin, həm də müəllimlərin problemlərini dinləyib. Görüşdə Ağdam rayonundan gəlmiş şikayətçilər də iştirak edib. 

Millət vəkili  qaldırılan problemləri aidi orqanlara çatdıracağını bildirib. 

Eyni zamanda sakinlər 12 nəfər şəhid ailəsinin yaşadığı və iki orta məktəbin yerləşdiyi küçənin bərbad olduğunu və asfaltlaşmasını istəyiblər. Bundan başqa, millət vəkili  ayrı-ayrı kəndlərdə – Taynaqda və Bilağanda, Ağdamın yeni salınmış Saricalı və Qasımbəyli qəsəbəsində olub və şikayəti olan şəxsləri  qəbul edib. 

Fərhad Əliyev  

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
109
adalet.az

1Mənbələr