AZ

UEFA-dan Babək Quliyevə 3 oyunluq TƏYİNAT

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

İdman.Biz xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 10-cu qrupun 3 oyununda fəaliyyət göstərəcək.

Quliyev oktyabrın 28-də Bolqarıstan – Slovakiya, 31-də İsveçrə - Bolqarıstan oyunlarının hakim-inspektoru, noyabrın 3-də isə San Marino – Bolqarıstan matçının həm hakim-inspektoru, həm də nümayəndəsi olacaq.

Qrupun qarşılaşmaları Slovakiyada təşkil olunacaq.

İdman.Biz

Seçilən
55
8
idman.biz

10Mənbələr