AZ

"Qəfil halı pisləşib..." - “BakuBus” dan qəza törədən avtobusula bağlı açıqlama

Bu gün saat 10:51 radələrində Neftçilər prospekti istiqamətində, Bulvar ərazisi yaxınlığında "BakuBus" MMC-yə məxsus 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99-JU-809 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Day.Az-in sorğusuna cavab olaraq "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.

 

"Bildirək ki, avtobusun sürücüsünün səhhətində qəfil narahatlıq yaranıb və o, nəqliyyat vasitəsini dayandırmağa cəhd etsə də, idarəetməni itirərək avtobusu Bulvar ərazisinə tərəf yönəldib. Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. Sürücüyə ilkin tibbi yardım göstərilməsi üçün dərhal Təcili Tibbi Yardım Xidməti çağırılıb",- o vurğulayıb..

Seçilən
18
17
day.az

10Mənbələr