Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldunun oğlu Ronaldu Junior ilk dəfə Portuqaliyanın U-16 millisinə dəvət alıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyası məlumat yayıb.
O, U-16 millisi ilə Türkiyədə keçiriləcək Gənclik Kubokunda iştirak edəcək.
Qeyd edək ki, 2023-cü ildən “Əl-Nəsr”in akademiyasında məşq edən futbolçu bundan əvvəl U-15 milli komandasında oynayıb.