AZ

IMF: Bu il Azərbaycanın qeyri neft iqtisadiyyatı 4,5% artacaq

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu il Azərbaycanda qeyri-neft sektoru üzrə iqtisadi artım 4,5%-ə bərabər olacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondundan (IMF) bildirilib.

Fond 2026-cı ildə qeyri-neft ÜDM-nin 3,7%, 2030-cu ildə isə 3,5% artacağını proqnozlaşdırıb.

Qeyd edək ki, IMF ümumilikdə bu il üzrə ümumi iqtisadi artım proqnozunu 3%, 2026-2030-cu illər üzrə isə 2,5% müəyyən edib.

Fond həmçinin, ölkədə nominal ÜDM-in bu il üzrə 76.4 mlrd. dollar, gələn il üzrə 80 mlrd. dollar, 2030-cu ildə isə 100.8 mlrd. dollar təşkil edəcəyini proqnozlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
4
apa.az

5Mənbələr