AZ

Bakıda sərnişin avtobusu qəza törədib - Foto

Bakıda sərnişin avtobusunun qəza törətməsi nəticəsində xəsarət alan olmayıb...

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli APA-nın sorğusuna cavab olaraq bildirib.

Məlumata görə, hadisə saat 10:40 radələrində Neftçilər prospektində baş verib. "BakuBus"a məxsus 125 saylı xətt üzrə hərəkət edən avtobus idarəetmənin itməsi nəticəsində maneələrə toxunub və qəza baş verib.

Faktla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

***

Bakıda sərnişin avtobusu qəza törədib.

APA xəbər verir ki, hadisə Neftçilər prospektində baş verib. "BakuBus"a məxsus 125 saylı sərnişin avtobusu qəza törədərək bulvar ərazisinə girib, ağaca çırpılıb. Qəza nəticəsində bir neçə ağac aşıb.

Poliqon.info

Seçilən
24
10
poliqon.info

10Mənbələr