AZ

Azərbaycan universitetləri üçün beynəlxalq akademik resurslara davamlı çıxış

Bakı. Trend:

Bu gün bp daha beş beynəlxalq dərsliyin Azərbaycan dilinətərcüməsini təqdim edib. Bununla da bp-nin dünyanın ən qabaqcılakademik resurslarının Azərbaycana gətirilməsi məqsədi ilə nəşretdiyi kitabların ümumi sayı 29-a çatıb.

Bu layihə bp-nin yerli universitetlərə dünyada tanınmış qabaqcılakademik materiallara, bilik və təcrübələrə çıxış imkanı təminetməklə tədris və təlim prosesinin gücləndirilməsinə dəstək olmaqüçün həyata keçirdiyi geniş təhsil proqramının bir hissəsidir vəbp-nin ölkədə ümumilikdə təhsilin inkişafına dəstək olmaq yönümündəuzunmüddətli öhdəliyi çərçivəsində növbəti əhəmiyyətliaddımdır.

Bu gün yeni nəşrlərin ictimaiyyətə təqdimatı münasibətiləkeçirilmiş tədbirdə çıxış edən bp-nin Xəzər regionu üzrəvitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Bu beş yeni kitabıntəqdimatı ilə bp-nin Azərbaycandakı ən əhəmiyyətli təhsiltəşəbbüslərindən birinə yekun vururuq. İllər ərzində bu layihə elmvə təhsil ictimaiyyətinə beynəlxalq aləmdə ən çox istifadə olunan29 dərslik bəxş edib. Bu dərsliklərin hər biri bizim yerliuniversitetlərin mütəxəssis heyətləri ilə sıx əməkdaşlıqda, tədrismüəssisələrimizin real akademik ehtiyaclarını qarşılayacaq şəkildəseçilib. Bu kitablar tərcümədən daha artıq məna kəsb edir – onlarqlobal biliklərə körpüdür. Bu yüksək keyfiyyətli resurslarıAzərbaycan dilində əlçatan etməklə ölkə universitetlərinin öztədris və təlim proseslərini beynəlxalq standartlarauyğunlaşdırmasını dəstəkləmək iştəmişik. Ümid edirik ki, bp-ninhədiyyəsi olan bu kitablar nəsillər boyu tələbələrə və müəllimlərədavamlı və əhəmiyyətli təsiri ilə real dəyər yaradacaq.”

Təqdim edilən yeni kitabların siyahısına aşağıdakılardaxildir:

Ekonometrikaya giriş. Müasir yanaşma. Müəllif: Cefri M.Vuldric.
Nəşriyyat: Cengage Learning, 2020, 7-ci nəşr Biznes və iqtisadiyyatüçün statistika. by Anderson, Svini, Vilyams, Kem, Kokran, Frey,Olmann.
Nəşriyyat: Cengage Learning, 2017, 14-cü nəşr Statistiknəticəçixartma. Müəllif: Corc Kasella, Rocer L. Berger.
Nəşriyyat: Brooks/cole, Cengage Learning, 2002, 2-ci nəşrKorporativ maliyyə. Əsas prinsiplər. Müəllif: Riçard A. Bril,Stüart K. Mayers və Franklin Allen.
Nəşriyyat: McGraw-Hill/Irwin, 2014, 12-ci nəşr İqtisadi idarəetməvə strategiya. Müəllif: Cefri Perlof, Ceyms A. Brander
Nəşriyyat: Pearson, 2014, 3-cü nəşr

Bu nəşrlər yerli universitetlər, kitabxanalar və müvafiq elm vətəhsil müəssisələri üçün nəzərdə tutulub. Hər bir dərsliyin çapedilmiş 2000 nüsxəsi ilə yanaşı, rəqəmsal versiyaları da tezlikləyerli nəşriyyat olan TEAS PRESS NƏŞRİYYAT EVİ-nin onlaynplatformalarında yerləşdiriləcək.

Bütövlükdə dərsliklərin nəşri layihəsinin ümumi dəyəri 2,14milyon AZN-dən (təxminən 1,26 milyon ABŞ dollarından) çoxdur. Buməbləğ son doqquz il ərzində nəşr edilmiş 29 dərsliyin hamısına aidolan xərcləri, o cümlədən müəlliflik hüquqlarının alınması, qonorarödənişləri, tərcümə, ekspert redaktəsi, korrektə, dizayn və çap,rəqəmsal versiyanın hazırlanması və layihənin idarə olunmasınıəhatə edir.

bp-nin maliyyə dəstəyi ilə yerli universitetlər üçünnəşr edilmiş dərsliklərin siyahısı

İnsan resurslarının idarə edilməsi: Məhsuldarlıq, işhəyatının keyfiyyəti, mənfəətlər (müəllif: Ueyn F. Kassio – 768səhifə) işi bilavasitə insanların idarə olunması ilə əlaqədarməsuliyyəti özündə ehtiva edəcək ümumi idarəetmə sahəsi üzrə təhsilalan tələbələr üçün nəzərdə tutulub. Kitabda məhsuldarlıq, işhəyatının keyfiyyəti və mənfəət arasındakı qarşılıqlı asılılıqinsan resurslarının idarə edilməsinə aid müxtəlif fəaliyyət növləriilə əlaqələndirilir, beləliklə də insan resurslarının idarəedilməsinin tələbələr tərəfindən ayrı-ayrı insanlara, təşkilatlaravə cəmiyyətə təsir edən mühüm bir funksiya kimi qəbul edilməsinigücləndirir. Kitab tədqiqatlara əsaslanır və həmin tədqiqatlarınreal biznes situasiyalarına tətbiq olunmasına aid dəqiq istinadlarıehtiva edir.

Kütləvi kommunikasiya mediası (müəllif: Con Vivian – 486səhifə). 11-ci buraxılışı ilə yenilənmiş bu kitab tələbələrimedia savadlılığını artırmağa yönləndirir və kütləvi informasiyavasitələrinin istehlakçıları və təminatçıları qismində tələbələrinqarşısına çıxan vacib problemlərin asan başa düşülməsini təminedir. Müasir kütləvi informasiya vasitələrinin problem vətendensiyalarının, o cümlədən kütləvi informasiya vasitələrində başverən davamlı dəyişikliklərin müstəsna şəkildə işıqlanıdırılmasısayəsində bu kitab media savadlılığı prinsiplərini və əsaslarınıcanlı misallar, dəqiq ifadə tərzi və etibarlı media paketi ilətarazlaşdırır.

Pul, bank və maliyyə bazarlarının iqtisadiyyatı, BiznesMəktəbi nəşri (müəllif: Frederik S.Mişkin – 658 səhifə)maliyyə siyasəti ilə əlaqədar bugünkü əsas məsələlərə yeni birbaxışı təmin edir. Kitab oxuculara pul-kredit siyasəti, maliyyəsisteminin tənzimlənməsi və nəzarəti və maliyyə bazarlarınınbeynəlmiləlləşdirilməsi prosesi haqqında bənzərsiz baxış təqdimedir və qeyd olunanların mahiyyətini tam şəkildə açıqlayır. Əsasiqtisadi prinsiplər oxucuların düşünmə tərzini nizama salır, realhəyatdan götürülmüş mövcud misallar isə cəlb və motivasiyaedir.

Marketinqin prinsipləri (müəllif: Filip T. Kotler – 712səhifə) oxuculara müasir marketinqin əsas vəzifəsininöhdəsindən gəlməyə kömək edir: məhsul və brendləri gündəlikhəyatlarının ayrılmaz tərkib hissəsinə çevirən canlı, interaktivistehlakçı toplumları yaratmaq. Bu dərslik tələbələrə müştərilərləəlaqələr qurmaq və onları cəlb etməklə dəyər formalaşdırmağıöyrənməyə kömək edir. Sürətlə dəyişən, getdikcə rəqəmsallaşan vəsosiallaşan bazar mühitində müştərilər ilə mənalı əlaqələrinqurulması marketoloqlar üçün hər zamankından daha vacibdir.İnsanlara dəyərin formalaşdırılması və müştərilərlə əlaqələrinqurulmasını başa düşməyə kömək etmək üçün, kitabda innovativmüştəri-dəyər konsepsiyası çərçivəsində fundamental marketinqməlumatları təqdim edilir. Əməliyyatların idarə edilməsiprinsipləri: Dayanıqlı inkişaf və təchizat zəncirinin idarəedilməsi (müəlliflər: Cey Heyzer və Barri Render – 772 səhifə)əməliyyatlar üçün praktiki müqəddimədir və geniş əhatəli praktikiməsələlərlə gücləndirilib. Məzmun əməliyyatlar sahəsi ilə genişəhatəli tanışlığı real və praktiki tərzdə əks etdirir və bazara aidməsələlərin ən böyük və ən müxtəlif toplusunu təqdim edir. Onuncuburaxılışda qeyd olunan məsələlər ilə yanaşı onların həlli vəpraktiki misallar da verilir. Bu, tələbələrə bugünkü əməliyyatlarınidarə olunması üzrə peşəkarların vacib hesab etdiyi konsepsiyalarıdaha yaxşı başa düşməyə kömək edir. Bu kitab hər menecerinəməliyyatların idarə olunmasına dair oxumalı olduğu 13 kitabınsiyahısında idi.

Sosial Elmlərdə Keyfiyyət Tədqiqat Metodları (müəllif:Hovard Lun – 400 səhifə). Bu kitab tələbələrə keyfiyyətməlumatlarını necə hazırlamaq, toplamaq və təhlil etməyi, dahasonra isə nəticələrini elmi ictimaiyyətə təqdim etməyi göstərir.Kitabda tədqiqatlarda etikanın və istənilən tədqiqatı lazımiqaydada planlaşdırmaq üçün vaxt ayırmağın vacibliyi vurğulanır. Bukitabı başa çatdırdıqdan sonra tələbə məlumatları effektiv şəkildəhazırlaya, toplaya, təşkil və təhlil edə, daha sonra isə nəticələrielmi ictimaiyyətə təqdim edə biləcək.

Sosial işdə etik prinsiplər və dəyərlər: Hərtərəfli tədrisplanına kompleks yanaşma (müəllif: Allan Barski – 464 səhifə).Tələbələr üçün rahat olan formada tərtib edilmiş bu unikal kitabdatələbələrin etik prinsiplər və dəyərlər ilə əlaqədar hərtərəflitəhsil almasını təmin edəcək bir sıra təlim modulları təqdimolunur. İstənilən tədris proqramına asanlıqla daxil edilməsi mümkünolan şəkildə tərtib olunmuş hər bir modul tələbələrə etikproblemlərin həll edilməsi üçün tələb olunan bilik, bacarıq,özünüdərketmə və tənqidi düşünmə qabiliyyətlərini bir arayagətirməyə kömək edir. Bu dərslik oxucuları etik prinsiplər iləəlaqədar suallar və problemləri cavablandırmaq üçün əsas etikfəaliyyət standartlarının tətbiq edilməsindən tutmuş mürəkkəb etikdilemmaların idarə olunmasınadək bir sıra alət və strategiyalar ilətəmin edir.

İdarəetmənin əsasları: Əsas konsepsiyalar və tətbiq sahələri(müəlliflər: Stiven Robbins və Devid A. De Senzo – 532səhifə). Dərslik hərtərəfli təcrübə yolu ilə təqdim olunanpraktik idarəetmə vasitələrini özündə cəmləşdirir. İdarəetməninəsas konsepsiyalarını əhatə etməklə o, əsas məsələlərin başadüşülməsi üçün möhkəm zəmin yaradır və menecerlər üçün nələrineffektiv olduğu və nələrin nəticə vermədiyi barədə son araşdırmalarda daxil olmaqla güclü, praktiki istiqamətləndirmə təmin edir.

Siyasət elmi: Giriş (müəlliflər: Maykl G. Roskin, Robert L.Kord, Ceymz A. Medeyros və Volter S. Counz – 400 səhifə). Bukitab tələbələrə siyasət elminin təməl prinsiplərinin əsrlər boyuqüdrətli rəhbərlərə vacib qərarlar verməyə necə kömək etdiyinigöstərir. Müəlliflər, tələbələrin siyasi manipulyasiyaya gəldikdətəmkinlə məqsədəuyğun seçimləri necə etməli olduqlarını başadüşmələrinə kömək etmək üçün mücərrəd nəzəri anlayışları vəpraktiki düşüncə tərzini tarazlaşdırılmış şəkildə təqdimedirlər.

Keys menecment (müəlliflər: Artur C. Frankel və Şeldon R.Gelman – 220 səhifə). Keys menecment üzrə mütəxəssislərmüştərilərinin əldə edə biləcəyi geniş əhatəli xidmətlər, resurslarvə imkanlar üçün ekspert və vasitəçilər qismində çıxış etməklə,əvəzolunmaz xidmətlər təmin edirlər. Keys menecment prosesininmərhələlərini dəqiq şəkildə müəyyən etmək və keys menecerlərinmüxtəlif praktiki situasiyalarda yerinə yetirdiklərisaysız-hesabsız vəzifələri qeyd etmək məqsədilə, müəlliflərözlərinin geniş praktiki, nəzəri və tədqiqat təcrübələrindənistifadə edirlər.

Beynəlxalq İqtisadiyyat: Nəzəriyyə və siyasət (müəlliflər:Pol R. Kruqman, Mauris Obstfeld və Mark J. Melitz – 736səhifə). Kitabda iqtisadiyyatın iki əsas tematik sahəsi üzrəmühüm konsepsiyalar və tətbiq sahələri cəlbedici vətarazlaşdırılmış şəkildə əhatə edilir. Həm beynəlxalq ticarət, həmdə beynəlxalq maliyyə barədə nəzəriyyəyə intuitiv giriş verilməkləyanaşı siyasətin tətbiqi sahələri müfəssəl şəkildə təsvirolunur.

Makroiqtisadiyyat (müəllif: Olivye Blanşar – 548səhifə). Kitabda oxuculara bütün dünya üzrə mallar, maliyyəbazarları və əmək bazarları arasındakı əlaqələri görməyə imkanverən, makroiqtisadiyyatın vahid qlobal təsviri verilir.

Mikroiqtisadiyyatın əsasları (müəlliflər: Karl E. Keys, ReyC. Feyr və Şaron E. Oster – 528 səhifə). Bu kitab oxucularabazar iqtisadiyyatının necə fəaliyyət göstərdiyinə dair təməlbiliklər verir. Oxucular iqtisadi düşüncə sənəti və elminiöyrənməyə başlayır və bəzi siyasi və hətta şəxsi qərarlara fərqlibaxmağa başlayırlar.

Arıçılıq kitabı (4-cü nəşr) (müəlliflər: Diana Sammataro,Alfons Avitabil – 280 səhifə). Bu kitabda arıxananın qurulmasıvə arıların idarə olunması barədə mərhələ-mərhələ təlimatlarverilir və arı ailəsinin sağlam saxlanması və bol miqdarda bal əldəetmək üçün müxtəlif fəsillərdə görülən işlər təsvir edilir. Kitabdaarıçıların pətəklərə ən uyğun yanaşmanı seçə bilmələri üçünmüxtəlif arı ailələrinə qulluq üsulları və qaydaları izahedilir.

Kimyəvi reaksiya mühəndisliyinin əsasları (5-ci nəşr)(müəllif: H. Skott Foqler – 870 səhifə). Bu günümüzünoxucuları: informasiyaya ani çıxış tələb edən, vaxtına qənaət etməkvə tənqidi düşüncə və problemlərin həlli üçün yaradıcıbacarıqlarını inkişaf etdirərək, öyrənməkdən həzz almaq istəyəntələbələr üçün kimyəvi reaksiya mühəndisliyinə tam, müasirgirişdir. H. Skott Foqler tələbələrin əzbərləmədən daha çox məntiqvasitəsilə kimyəvi reaksiya mühəndisliyini öyrənməsinə imkan verməküçün əvvəlki nəşrin güclü tərəflərini əsas götürərək onları inkişafetdirmişdir.

Pozitiv psixologiya. Əsaslar. (1-ci nəşr). (müəllif: RonaHart – 288 səhifə). Pozitiv psixologiyanın inkişafınınxülasəsini özündə birləşdirən kitabda pozitiv psixologiya üzrə elmibiliklərə və onların tətbiqinə dair asan başa düşülən vətarazlaşdırılmış giriş xarakterli məlumat verilir. PozitivPsixologiya: Əsaslar kitabında pozitiv psixologiyanın bir sahə kimiəhatə dairəsi müəyyənləşdirilir, nailiyyətləri təsvir edilir və hərbir mövzuda nəzəriyyə, tədqiqat və müdaxilələri tədqiq edilərək,onun əsas mövzularının yenilənmiş xülasəsi təqdim edilir.

Rəhbərlik və pozuntu: İnnovatorun dilemmasını necə həlletməli (2-ci nəşr) (müəlliflər: O’Rayli, C. və Tuşman, M. – 292səhifə). Tamamilə yenidən işlənmiş bu ikinci nəşr böyümüşmüəssisələrdə fasiləsiz inkişafı təmin etmək üçün özünü doğrultmuşhərtərəfli imkanlarından istifadə strategiyasını və sürətlə dəyişənmühitlərə uyğunlaşma çevikliyini təklif edir. Orijinal nəşrdətədqiqatçı və məsləhətçi kimi müəlliflərin əvvəlki iyirmi ilərzində əldə etdikləri təcrübələr ümumiləşdirir. O vaxtdan bərimüəlliflər pozucu dəyişikliklərlə üzləşən bütün dünyatəşkilatlarının rəhbərləri ilə işləməyə davam edir. Yeni nümunələrvə təhlillər daxil olmaqla, hər bir fəsildə yeniliklər aparılmış butam, yenidən işlənmiş nəşr müəlliflərin son beş ildə əldə etdikləritəcrübələri və anlayışları özündə birləşdirir. İki yeni fəsildəhərtərəfli inkişaf imkanlarının və onların əsasını təşkil edənfundamental fənlərin təşviq edilməsində və ya qarşısınınalınmasında təşkilati mədəniyyətin rolu tənqidi şəkildəaraşdırılır. Microsoft, General Motors və Amazon kimi firmalarıntimsalında nümunələrdən istifadə edərək, O’Rayli və Tuşmanliderlərin öz təşkilatlarının mədəniyyətlərini lazımi strategiyayanecə uyğunlaşdıra biləcəyini və birlikdə istifadə edildikdə,ideyaların formalaşması, inkubasiya və miqyaslaşdırma üzrəyanaşmaların yeni müəssisələri necə uğurla inkişaf etdirəbiləcəyini göstərir.

Sosial tədqiqat praktikası (15-ci nəşr) (müəllif: Erl R.Babbi – 600 səhifə). Sosial Tədqiqat Təcrübəsi sosial elmadamlarının apardığı tədqiqatlar üzrə dəqiq bələdçilik edir.Müəllifin məşhur yumor hissi ilə səmimi yanaşma üsulunu birləşdirənbu tələbələr üçün sadə dərslik həm tədqiqatçı, həm də istehlakçıkimi tədqiqat konsepsiyalarını tətbiq etmək üçün sizi alətlər vəbiliklərlə təchiz edir. Müəllif prosesi vurğulayaraq, sizəlayihələri necə tərtib etməyi və qurmağı göstərir, bugünkü müxtəlifmüşahidə rejimlərini təqdim edir və onlayn sorğuların necəaparılması və həm keyfiyyət, həm də kəmiyyət məlumatlarının təhlilikimi tədqiqat metodları ilə bağlı kritik suallara cavab verir.

Yeni biznes yol sınağı (5-ci nəşr) (müəllif: Con Mallinz –360 səhifə). Yeni biznes yol sınağı startap layihəsinəbaşlamaq istəyən hər kəs üçün əsas kitabdır. Yeni və tam yenilənmişkonkret tədqiqat variantları – Ella's Kitchen, Whole Foods, eBay vəs. – və “yeddi domen” prinsipləri sizə yaxınlaşan fəlakətdənqaçmağa və sahibkarlıq arzularınıza çatmaq imkanlarınızıgenişləndirməyə kömək edəcək.

Marketinq strategiyası: ilkin prinsiplərin və verilənlərintəhlili əsasında (2-ci nəşr) (Müəllif: Robert Palmatier, ŞrihariSridar) Bu kitabın əsas məqsədi real dünyanın marketinqstrategiyalarını hazırlamaq, həyata keçirmək və qiymətləndirməkdənötrü təlimdəki menecerlər və menecerlərdən ibarət beynəlxalqauditoriya üçün hərtərəfli, tədqiqata əsaslanan, fəaliyyətyönümlübələdçi yaratmaqdır. Bu kitab ayrı-ayrılıqda və ya ənənəvi hallarlabirlikdə istifadə oluna bilən fərqli yanaşmanı qəbul etməklə bunarahatlıqların aradan qaldırılmasına yönəlib.

Rəqəmsal marketinq. Strategiya, tətbiq və təcrübə (7-cinəşr) (Müəlliflər: Deyv Çaffi, Fiona Ellis-Çadvik) “Rəqəmsalmarketinq” inteqrasiya olunmuş çoxkanallı marketinq hədəflərinəçatmaq üçün internetdən, rəqəmsal mediadan və marketinqtexnologiyasından istifadənin bütün aspektləri üçün hərtərəflibələdçi rolunu oynayır. Bu sadələşdirilmiş yeddinci nəşrdəşirkətlərin marketinq məqsədlərinə çatmaq üçün rəqəmsal media vətexnologiyadan ən yaxşı şəkildə necə istifadə edə biləcəkləri haqdapraktik yollar təklif olunur.

İqtisadi siyasət. Nəzəriyyə və praktika (Müəlliflər: A.Benassi-Küer, B.Köre, P. Jake, J. Pizani-Ferre) (15-ci nəşr)İqtisadi siyasət iqtisadi tədqiqatla təcrübənin kəsişmə nöqtəsindəəvvəlcədən toplanmış bilikləri əldə əsas tutaraq yeni-yeni suallarıortaya çıxarır. Dəfələrlə nəşr edilən və hər nəşrdə son yenilikləriəhatə edib zənginləşən bu kitab on ildən artıqdır ki, bugünküiqtisadi siyasəti başa düşmək üçün ən çox istinad olunan bir vəsaitrolunu oynayır.

İnformasiya təhlükəsizliyi prinsipləri (7-ci nəşr)(Müəlliflər: Maykl E. Vitman, Herbert C. Mattord) “İnformasiyatəhlükəsizliyi prinsipləri” kitabının məqsədi informasiyatəhlükəsizliyi və kibertəhlükəsizlik fənlərinin tam genişliyinitədqiq edən cari, yüksək keyfiyyətli akademik mənbəyə olan ehtiyacıödəməkdir. Bu kitabın əsas prinsipi müasir təşkilatda informasiyatəhlükəsizliyi və kibertəhlükəsizlik idarəetməsinin həll etməliolduğu problemi izah etməkdir.

Növbəti. Gələcəyin qısa tarixi (Müəllif: Avi Yoriş) Bukitab həyatımızın, demək olar ki, hər bir aspektinə yeni formaverən ixtiralara, innovativ texnologiyaların bir nöqtədə birləşərəkyaratdığı təkanverici qüvvəyə və onların xəstələri sağaltmaq,acları doyurmaq, yoxsulluğu aradan qaldırmaq və planeti bərpa etməküçün potensial və təsirlərinə parlaq şəkildə işıq salır.

Ekonometrikaya giriş. Müasir yanaşma (7-ci nəşr) (Müəllif:Ceffri M. Vuldric 816 səhifə). Bu kitabda biznes, siyasətinqiymətləndirilməsi və proqnozlaşdırma sahələrində ekonometrikanıngünümüzün suallarına necə cavab verə biləcəyi barədəöyrənəcəksiniz. Ənənəvi dərsliklərdən fərqli olaraq, bu kitabpraktiki və eyni zamanda peşəkar yanaşması ilə ekonometrikanınabstrakt alətlər toplusundan çıxaraq müxtəlif sahələrdə suallaracavab tapmaq üçün həqiqətən faydalı bir elm sahəsinə çevrildiyininümayiş etdirir. Müəllif kitabın məzmununu təhlil edilən məlumatnövü əsasında sistemli şəkildə qurmuş, fərziyyələri yalnız ehtiyacyarandıqda təqdim etmişdir. Bu yanaşma mövzunu daha asan anlamağa,nəticə etibarilə isə daha səmərəli ekonometrika təcrübəsi əldəetməyə kömək edir. Kitabda 100-dən çox müxtəlif formatda məlumatdəstləri və müasir sahə tətbiqləri yer alır. Yenilənmiş nəşrdə“səbəb-nəticə təsirləri” və ya “müalicə təsirləri” adlandırılanistiqamətdəki son elmi yeniliklər də əhatə olunur və bu,ekonometrikanın bugünkü əhəmiyyətini və təsirini tam şəkildəanlamağa imkan yaradır.

Biznes və iqtisadiyyat üçün statistika (14-cü nəşr)(Müəlliflər: Anderson, Svini, Vilyams, Kamm, Kokran, Fray, Olmann1120 səhifə). Bu kitabda statistik məlumatların bu gününbiznes dünyasında qərarların qəbul edilməsinə necə təsir etdiyiniöyrənəcəksiniz. Bu nəşr sınaqdan çıxmış problem-ssenariyanaşmasını, etibarlı statistik metodologiyanı və müasir biznesreallıqlarını əks etdirən praktik tətbiqləri özündə birləşdirir.350-dən çox real biznes nümunəsi, praktik tapşırıqlar və interaktivməşqlər statistikanın tətbiqini əyani şəkildə göstərir. Kitabdahəmçinin JMP Student Edition 14 və Excel 2016 proqramlarındaişləməyi öyrədən praktiki bölmələr yer alır. WebAssign onlaynplatforması vasitəsilə kursun idarəolunması tələbələrin mövzularıdaha dərindən mənimsəməsinə və fənn üzrə uğurlu nəticələr əldəetməsinə kömək edir.

Statistik nəticəçıxarma (Müəllif: Corc Kasella, 700səhifə). Bu kitab statistik nəzəriyyəni ehtimal nəzəriyyəsininəsaslarından başlayaraq sistemli şəkildə izah edir. Müəlliflərehtimalın əsas prinsiplərindən yola çıxaraq statistik nəticəçıxarmanəzəriyyəsini bu sahəyə məxsus anlayışlar və təbii məntiqi əlaqələrəsasında inkişaf etdirirlər. Dərslik statistika ixtisasında oxuyanvə güclü riyaziyyat bazasına malik magistr tələbələri üçün nəzərdətutulub. Kitab həm nəzəri, həm də praktiki istiqamətdə istifadəoluna bilər — yəni, əsas statistik anlayışların mənimsənilməsinə vəmüxtəlif vəziyyətlər üçün səmərəli statistik prosedurlarınhazırlanmasına fokuslanır.

Kitab aşağıdakı mövzuları əhatə edir:

  • Təsadüfi ədədlərin generasiyası, simulyasiya üsulları,“bootstrap” metodu, EM alqoritmi, p-dəyərlər və dayanıqlılıqmövzuları üzrə yeni bölmələr.
  • “Logistik reqressiya” və “Dayanıqlı reqressiya” haqqında əlavəhissələr.
  • Strukturlaşdırılmış məzmun və genişləndirilmiştapşırıqlar.

Korporativ maliyyə. Əsas prinsiplər (12-ci nəşr)(Müəlliflər: Riçard Brili, Stüart Mayers, Franklin Allen, 976səhifə). Bu dərslik tələbələrin nəticələrini yaxşılaşdırmaqməqsədilə xüsusi olaraq hazırlanmış inteqrasiya edilmiş həllərtəqdim edir. Bu resurslar sayəsində tələbələr dərsə daha yaxşıhazırlaşır, maliyyə məsələlərini analiz edib nəticələr çıxarmaqdabacarıq qazanırlar. Connect Finance platformasında təqdim olunanresurslar tələbələrə limitsiz sayda məşq imkanı yaradır vəöyrəndiklərini real maliyyə problemlərinə tətbiq etməyə kömək edir.Brealey-in dünya miqyasında tanınan bu dərsliyi maliyyənəzəriyyəsini praktik problemlərin həllinə yönəldir və tam rəqəmsalhəll sistemi ilə birlikdə fənn üzrə daha yüksək nəticələr əldəetməyə imkan yaradır.

İqtisadi idarəetmə və strategiya (3-cü nəşr) (Müəlliflər:Ceffri M. Perloff, Ceyms A. Brander, 720 səhifə). Bu kitabmüasir nəzəriyyələrdən, biznes nümunələrindən və real məlumatlardanistifadə edərək iqtisadi prinsiplərin biznes qərarlarına təsirininümayiş etdirir. Kitab müqavilə nəzəriyyəsi, davranışiqtisadiyyatı, oyun nəzəriyyəsi və qiymətqoyma alətləri kimimövzuları əhatə edir və gələcək menecerlər üçün praktiki iqtisadiproblemlər və onların həll üsullarını təqdim edir.

Üçüncü nəşrə əlavə edilmiş yeni müzakirələr, biznes nümunələrivə məşqlər sayəsində tələbələr kitabda və dərsdə öyrəndiklərinireal dünyadakı qərarvermə proseslərində tətbiq etməyiöyrənirlər.

bp şirkəti Azərbaycanda 33 ildir ki, neft və qazın kəşfiyyatı,işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bulayihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildəhəyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədəicraçısı olduğu layihələrə 87 milyard dollardan çox sərmayə qoyub.Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımızsahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək verməköhdəliyi götürmüşük.

bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayəfəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəkisəyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatınıyaxşılaşdırıb və dəyişdirib.

Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması,təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idmanpotensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinintədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığıvaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgəlayihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayəlayihələrinə ümumilikdə 111 milyon ABŞ dollarından çox vəsaitxərcləmişdir.

Azərbaycanda bp şirkətində təxminən 2395 Azərbaycan vətəndaşıçalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindənçoxunu təşkil edir.

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflıməlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxilolun.

Məqalədə:
Seçilən
89
1
az.trend.az

2Mənbələr