ain.az, Bizim media portalına istinadən məlumat verir.
Ötən gecə Ukrayna ordusu Rostov vilayətinin Bataisk şəhərinə dronlarla zərbə endirib.Bizim.Media xəbə verir ki, bununla bağlı sosial şəbəkələrdə yeni videolar yayılıb. Kadrların birində yerli sakinlərin zarafatyanə səsləri eşidilib:“Uşaqlar, bura Kreml deyil! Kremli vurmaq lazımdır!”.Bu ifadə sosial şəbəkələrdə geniş müzakirə doğurub. Rusiyalı istifadəçilər hadisəyə həm istehza, həm də narahatlıqla yanaşıblar.Xatırladaq ki, son günlərdə Rostov vilayəti və ətraf bölgələr tez-tez Ukraynadan buraxılan dron hücumlarının hədəfinə çevrilir. Yerli hakimiyyət orqanları və hərbi qurumlar zərərin dərəcəsini dəqiqləşdirdiklərini bildiriblər.
Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.