AZ

Yaponiyada ilk dəfəQADIN BAŞ NAZİR SEÇİLDİ

Yaponiya Parlamenti Sanae Takaiçini ölkənin ilk qadın baş naziri seçib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, parlamentin 465 yerlik aşağı palatasında keçirilən səsvermədə 237 səslə çoxluğu əldə edib.

 

Yuxarı palatanın da qərarı təsdiqləməsindən sonra Takaiçi gün ərzində and içərək vəzifəsinin icrasına başlayacaq.

 

Seçki Takaiçinin rəhbərlik etdiyi Liberal Demokrat Partiya (LDP) ilə sağ yönümlü Yaponiya İnnovasiya Partiyası arasında dünən əldə olunan koalisiya razılaşmasından sonra baş tutub.

 

Xatırladaq ki, hazırkı Baş nazir Şiqeru İşibanın hakim partiyanın rəhbəri vəzifəsindən istefa verdiyini açıqlamasından sonra oktyabrın 4-də keçirilən seçkidə Takaiçi Sanae partiyanın sədri seçilib. Amma Komeito partiyasının LDP ilə 26 illik koalisiyasına son qoymasından sonra hakim partiyanın sədrinin parlamentdə Baş nazir seçilməsi üçün çətinlik yaranmışdı. Danışıqlar nəticəsində LDP ilə müxalifətin əsas siyasi gücü olan Yaponiya İnnovasiya Partiyası (JIP) arasında koalisiya hökuməti qurmaq barədə razılıq əldə olunub. Bu razılıq LDP lideri Takaiçi Sanaenin ölkənin ilk qadın Baş naziri olmasına zəmin yaradıb.

 

Yeni hökumətin əsas gündəmini artan yaşayış xərcləri və miqrasiya siyasəti təşkil edəcək. Takaiçinin rəhbərliyi altında Yaponiyanın iqtisadi və sosial siyasətdə daha milli-mühafizəkar istiqamətə yönələcəyi gözlənilir.

Seçilən
12
5
senzor.az

6Mənbələr