Həbsxanada olan müğənni Rəqsanə İsmayılovanın qızı Yağmur anası və bacısı ilə bağlı sualları cavablandırıb.
Day.Az Bizim.Media-ya istinadən xəbər verir ki, Yağmur Rusiyada yaşadığını bildirib.
O, bacısını tək qoyduğunu iddia edən izləyicilərə cavab verərək Aysunun tez-tez yanına gəldiyini bildirib:
"Hər kəsin öz həyatı var, mən Azərbaycanda 1 ay öncə olmuşam.
Mənim də işlərim, öz həyatım var və bu, o demək deyil ki, mən anamı, ya da bacımı istəmirəm.
Sadəcə olaraq əlimdən orada olsam da, heç nə gəlmir. Bu tip şərhləri nə fikirlərlə yazırsız anlamıram. Bacım da Rusiyaya gəlir, görüşük".