Yaponiya tarixinin ilk qadın baş naziri
Ajans.az TASS agentliyinə istinadla xəbər verir ki, parlamentdə təmsil olunmuş 465 deputatdan 237-si Takaiçiyə səs verib. Onun əsas rəqibi - Konstitusiyalı Demokratik Partiyanın lideri Yosihiko Noda 149 səs toplayıb. Parlamentdə səs çoxluğuna malik olmayan LDP səsvermədən bir gün əvvəl mühafizəkar Yaponiya Yenilənmə Cəmiyyəti Partiyası ilə ittifaq bağlaya bilib. Bu koalisiya Takaiçinin baş nazir seçilməsində həlledici rol oynayıb. 