AZ

Məşhur amerikalı şahmatçı vəfat etdi

Amerikalı məşhur qrossmeyster Daniel Naroditski 29 yaşında vəfat edib.

Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mətbuat xidməti məlumat yayıb.

“Daniel istedadlı şahmatçı, şərhçi və müəllim olmaqla yanaşı, bütün dünyada azarkeşlər və oyunçular tərəfindən heyran qalan şahmat ictimaiyyətinin hörmətli üzvü idi”, - FİDE-nin rəsmi bəyanatında deyilir.

Onun ölümünün səbəbi açiqlanmır. 

Qeyd edək ki, Naroditski FİDE-nin dünya reytinqində 151-ci, amerikalı şahmatçılar arasında isə 17-ci yerdə qərarlaşıb. O, həmçinin 12 yaşadək oyunçular arasında dünya çempionu olub, ABŞ çempionatlarında çıxış edib, şahmat haqqında kitablar yazıb. 2025-ci ilin sentyabrında keçirdiyi son turnirdə o, mümkün 8 xaldan 5,5 xal toplayaraq Charlotte Open-də 3-4-cü yerləri bağlayıb.

"Cebheinfo.az" 

Seçilən
16
5
cebheinfo.az

6Mənbələr