AZ

Gürcüstandan Baydenə ittiham: Vəziyyəti bu yerə o gətirib çıxardı

BAKI, 21 oktyabr. TELEQRAF

“Gürcüstan-ABŞ münasibətləri indiki vəziyyətə Co Bayden administrasiyası dönəmində gəlib çatıb”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri Maka Boçorişvili deyib.

Maka Boçorişvilinin sözlərinə görə, Gürcüstanın mövqeyi dəfələrlə açıq şəkildə bəyan edilib:

“Biz strateji tərəfdaşlıq istəyirik və bu strateji tərəfdaşlıq konkret məzmunla doldurulmalıdır. Çox təəssüf ki, Gürcüstan-Amerika münasibətləri bu vəziyyətə Bayden administrasiyası dönəmində gəlib çıxdı. Əlbəttə, Gürcüstan bu münasibətlərin sağlamlaşdırılması və müsbət kontekstdə yenidən başlanmasında maraqlıdır və bunun üçün hər şeyi edəcək. Amma həm də onu görürük ki, bu dövr kifayət qədər sərt ritorika ilə müşayiət olunur, bu, bəlkə Dövlət Departamenti və ali səviyyədə olmasa da, müxtəlif tərəflərdən Gürcüstan cəmiyyətində narahatlıq yaratmağa yönəlmiş cəhdlər baş verir”.

Gürcü nazir artıq iki ölkə arasında “Dostluq Aktı”nın aktual olmadığını qeyd edib.

Seçilən
83
teleqraf.com

1Mənbələr