AZ

"Kurtlar Vadisi"nin məşhur aktyoru vəfat etdi - FOTO

Türkiyənin tanınmış aktyoru, "Kurtlar Vadisi" serialında canlandırdığı "Baba Memduh" obrazı ilə yaddaşlara həkk olunan Namık Kemal Yiğittürk 80 yaşında dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, məlumatı sənətçi Onur Akay sosial mediada paylaşıb. 

O, açıqlamasında belə yazıb:

"Kurtlar Vadisi"nin Baba Memduhu, Sıla serialının Firuz ağası peşəkar aktyor Namık Kemal Yiğittürk'ü 80 yaşında itirdik. Darülacezedə vəfat edən dəyərli sənəkarımıza Allahdan rəhmət diləyirəm".

Qeyd edək ki, Namık Kemal "Kurtlar Vadisi"ndəki rolundan başqa "Sıla" serialında canlandırdığı Firuz Ağa obrazı ilə də tamaşaçıların rəğbətini qazanmışdı. (Milli.Az)


Bizim.Media 

Seçilən
51
2
bizim.media

4Mənbələr