AZ

2600-dən çox gürcü Aİ-dən deportasiya edilib


Bu ilin ilk doqquz ayı ərzində Avropa İttifaqı (Aİ) ölkələrindən 2673 Gürcüstan vətəndaşı deportasiya olunub.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkəsinə qaytarılanların 1555-i kişi, 436-sı qadın, 682-si isə azyaşlı olub. Deportasiyaların əksəriyyəti Almaniya (1445 nəfər), Fransa (450 nəfər) və İrlandiyadan (243 nəfər) həyata keçirilib.
Qeyd edək ki, 2017-ci ilin martından etibarən Gürcüstan vətəndaşları Şengen zonasına 180 gün ərzində 90 günədək vizasız səfər hüququ əldə ediblər. Bu rejim əsasən turizm, biznes və qohum ziyarətləri məqsədilə qısamüddətli səfərləri əhatə edir.
Müqayisə üçün, 2024-cü ildə Aİ ölkələrindən 4171 gürcü vətəndaşı deportasiya edilmişdi. Bu isə 2025-ci ildə göstəricinin əhəmiyyətli dərəcədə azaldığını göstərir.  \\Musavat.com
Seçilən
58
3
gender.az

4Mənbələr