Bakı. Trend:
Bu gün Fransanın paytaxtı Paris şəhərində yerləşən UNESCO-nunbaş qərargahında İdmanda dopinqə qarşı Beynəlxalq KonvensiyasınaTərəflər Konfransının 10-cu sessiyası (COP10) fəaliyyətəbaşlayıb.
Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirin ilk hissəsindəAzərbaycanın gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.
Sessiya çərçivəsində COP10 sədrliyinə seçkilər keçirilib.Səsvermə nəticəsində gənclər və idman naziri Fərid Qayıbov səsçoxluğu ilə seneqallı həmkarı Xadı Dien Qaya qalib gələrəkUNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına TərəflərKonfransının 10-cu sessiyasının (COP10) sədri seçilib.
Xatırladaq ki, Fərid Qayıbov 2022-ci ildə UNESCO-nun BədənTərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) sədri,2023-cü ildə isə UNESCO-nun İdmanda dopinqə qarşı BeynəlxalqKonvensiyasına Tərəflər Konfransının 9-cu sessiyasının (COP9) sədrmüavini seçilib.