Fransanın Lyon şəhərində çoxmərtəbəli binada baş vermiş yanğında dörd nəfər həyatını itirib. Avtosfer.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb. Məlumata görə, 30-40 yaşlarında olan iki kişi və iki qadın qeyri-qanuni yaşadıqları zirzəmidə tüstüdən boğularaq ölüb. Yanğınsöndürənlər alovun yuxarı mərtəbələrə yayılmasının qarşısını ala biliblər. Yanğın baş verən zaman binada olan 10 nəfər təxliyə edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta