"Özümü aparıcı hesab etmirəm. İndi də elədir. Aktyor kimi fəaliyyət göstərirəm. İncəsənət sahəsi olduğu və aparıcılıqda da aktyorluq lazım gəldiyi üçün rahatdır. O vaxtlar İlkin Həsəni əsgərliyə gedirdi, "ATV maqazin"ə onun yerinə məni dedilər. Etiraz etdim: həm televiziyaya yeni gəlmişdim, həm də aparıcılıq nədir bilmirdim. Gedib İlkinin atası ilə də görüşmüşdüm. Bir il apardım, heç razı deyildim. Bir təsəllim o idi ki, İlkin qayıdacaq".
Axşam.az xəbər verir ki, bu sözləri aktyor Elşən Orucov "Mədəni şou" proqramında deyib. O, aparıcılığından danışaraq, bunun ürəyincə olmadığını deyib.
Elşən verilişlərin bir-birini təkrar etməsindən söz açıb:
"Nə tamaşaçını, nə televiziyada çalışanları qınamaq olur. Bəzi mətbəx məsələsi var: fikirləşirsən ki, kimisə çağırıb şəxsi məsələdən sual versəm baxılacaq. Bunun üçün böyük məbləğ ödəyib, dekor düzəltmək lazım deyil. Televiziyada verilişlər bir-birinə özlərini rəqib sayıb, eyni mövzunu çalxalayırlar. Müəyyən müddətdən sonra tamaşaçıya maraqlı gəlməyəcək və boşluq yaranacaq. Televiziyamızda keyfiyyətli, amma reytinqi olmayan verilişlər var. Onlar gəlib öz yerini tutacaq".
10Mənbələr
-
paralel.az"Şəxsi həyatımdan danışacağam..." ( 22600087)
-
olke.azŞəxsi həyatımdan danışacağam... ( 22599988)
-
olke.az"Şəxsi həyatımdan danışacağam..." ( 22599985)
-
news.milli.azBir təsəllim o, idi ki, İlkin qayıdacaq ( 22599127)
-
milli.az"Bir təsəllim o, idi ki, İlkin qayıdacaq" ( 22599124)
-
demokrat.az"Şəxsi həyatımdan danışacağam..." ( 22596061)
-
pravda.az"Şəxsi həyatımdan danışacağam..." ( 22595971)
-
musavat.com"Şəxsi həyatımdan danışacağam..." ( 22595707)
-
bizim.media"Şəxsi həyatımdan danışacağam..." ( 22595455)
-
axsam.azŞəxsi həyatımdan danışacağam... ( 22586326)